
«İordaniya və Lüksemburq yığmaları ilə görüşlərdə Azərbaycan millisində müəyyən çatışmazlıqlar var idi. Bu, konkret hansısa mövqeyə deyil, ümumən komandanın oyununa aiddir. Amma bütövlükdə millimiz son iki oyunda pis təsir bağışlamadı. Xüsusən Azərbaycan millisinin ənənəvi qol vurmaq probleminin son iki oyunda aradan qaldırması məni məmnun edir. Komandamızın hər iki oyunda iki qol vurması bizi sevindirməyə bilməz. Amma bütün hallarda hesab edirəm ki, futbolçular bu qələbələrdən arxayınlaşmamalı və qarşıdakı rəsmi oyunlara daha ciddi hazırlaşmalıdırlar».