| |
«İmaretfc.com» saytı bir ay ərzində keçirdiyi «Ən çox oxuduğunuz idman qəzeti hansıdı?» sorğusunu başa çatdırıb. Saytın sorğusunun nəticəsinə görə, «KomandA» ən çox oxunan idman qəzeti olub. Bu münasibətlə sözügedən saytın baş redaktoru Zaur Məmmədov «KomandA» qəzetinin baş redaktoru Rəşad Ergünə təltifnamə təqdim edib.
Ergün sorğuda «KomandA»ya səs verən hər kəsə təşəkkürünü bildirib: «İşimizə verilən hər qiyməti yüksək dəyərləndiririk. «İmaretfc.com» saytı olaraq sizə də təşəkkürümüzü bildiririk. Qəzetimizin bazar günüylə yanaşı həftənin çərşənbə günü də işıq üzü gördüyü bu günlərdə oxucuların «KomandA»nı seçməsi bizim üçün çox vacib məqamdı. Onların qəzetə olan sevgisi bizə sadəcə, stimul verir». |
|