| |
Bir müddət əvvəl Vüqar Nadirov üçün sayt yaradan "Qarabağ" azarkeşləri bu dəfə Vaqif Cavadova hədiyyə ediblər. Fanat.az xəbər verir ki, Ağdam klubunun fanatları milli üzvü üçün sayt yaradıblar. Qeyd etdiyimiz kimi azarkeş saytı olan veb-səhifəyə daxil olmaq istəyənlər vaqif20.tk ünvanına daxil olmalıdır. Saytda Cavadovla bağlı xəbərlər, haqqında ətraflı məlumat yerləşdirilib, foto və video bölmələr açılıb. Bu arada Vüqar Nadirovun saytı dəyişdirilib. vuqar17.tk ünvanı ilə fəaliyyətə başlayan sayt indi vuqarnadirov.tk ünvanında fəaliyyət göstərir. |
|