| |
Artıq adət halına almış sorğumuzda, daha bir nominasiya yekunlaşdı. Belə ki, bir ay davam edən sorğuda "ən sevimli idman portalı" nominasiyasına ultrasport.az saytı layiq görüldü. Sorğuda iştirak edənlərin 32,93 faizi ultrasport.az saytına səs verdi. Sonrakı yerləri 29,27 faizlə futbolpress.az və 19,51 faizlə qol.az saytları layiq görülmüşdü. Qeyd edək ki, ötən aylarda "Ən çox oxunan idman qəzeti" və "Ən yaxşı idman aparıcısı" nominasiyaları olmuşdu. |
|