NÖVBƏTİ RƏQİB "VİSLA"
LOGO SITE
 
 
      Ana Səhifə Azərbaycan NED ENG Doğma Ağdam Forum Bizimlə Əlaqə      
 
 
 
   
  
   
 
 
Əfran nəyi etiraf etdi?
Müsahibə
     
     
 
- Əfran, qol vuracağını gözləyirdin?
- Təbii ki, qapıya zərbə vurmuşdumsa, buna ümid edirdim. Sol ayağım işlək olmasa da, şansımdan yararlanmaq istədim.
- Maraqlıdı ki, həm sənin, həm də komanda yoldaşların dəfələrlə uzaqdan zərbələrdən istifadə etməyə çalışırdı.
- Hə, düzdü. Oyundan qabaq Qurban müəllim bu barədə bizə demişdi. “Olimpik-Şüvəlan” çox sıx oynadığını və buna görə mümkün qədər çox zərbə vurmağımızı istədi. Oyun göstərdi ki, Qurban müəllum düz deyir. Düzdü, Rəşad, Vaqif, Vüqar, mən çox zərbə vurduq. Amma əvvəl axır biri tutmalıydı da.
- “Muğan”la oyunda da qol vurmuşdun.
- Hə. Vaqif yox idi deyə həmin oyunda cərimə zərbəsini mən vurdum. Şansımdan istifadə etdim.
- Qol vurmağı sevirsən?
- Bunu kim sevmir ki?
- Yarımmüdafiədə oynayırsan. Dedik bəlkə ötürmə verməkdən daha çox zövq alırsan.
- Ötürmənin də ayrı yeri var. Amma əsas odu ki, komanda qələbə qazansın. O zaman, hər şey çox fərqli olur. Belə desək, qol da, ötürmə də adama daha şirin gəlir o zaman.
- Yeri gəlmişkən, daha çox mərkəzdə oynadığını görsək də, sağ cinahda möhkəmlənmisən.
- Hə. Bu, Qurban müəllimin istəyidir. Mənə dedi ki, “şoçka”n (ayağının içi) güclüdü. Sürətimin və zərbələrimin güclü olduğu söyləyib, mənim cinahda daha yaxşı oynayacağımı bildirdi. Mən də razılaşdım. Zaman göstərdi ki, baş məşqçimiz uzaqgörənlik edib
- Millidə isə ortada oynayırsan.
- Düzdü, millidə işlərimiz heç də yaxşı getmir. “Qarabağ”da elədi ki, hamı bir-birini göz yumulu başa düşür. Ona görə işimiz asandı. Millidə isə biri gəlir, o biri gedir. İnşallah, tezliklə uğursuzluq sindromundan çıxacağımıza inanıram. Milli komanda hamımız üçün bir stimul olmalıdır
- Bəs əsas komandada oynamaq istəmirsən?
- Niyə də yox. Maksimin bir sözü vardı. Deyirdi, milliyə o vaxt getmək istərdim ki, orda daim oynayım. Əlbəttə, özümə inanıram. Hər zaman çağırışı qəbul etməyə hazıram. Nəzərə aslaq ki, millidə çoxlu “Qarabağ”lı var, mənim üçün çox rahat olar.
- Əfran, maraqlıdı ki, 4-5 ildə “Qarabağ”da hər kəs səndən partlayış gözləyirdi. Lakin, sən bu il ümidləri doğrultdun.
- Bilirəm. Hamı mənə deyirdi ki, Əfran sən oynamalısan. Nə bilim. “Turan”da 6 ay oynamağımın mənə çox xeyri dəydi. Mənə inandılar. Təkrar döndüyümdə isə özüməinamım yerindəydi.
- Yayda səni sıralarına qatmaq istəyən klublar çox idi?
- Hə. Hətta klubuma da pul qazandıra bilərdim. Amma Qurban müəllim mənim başqa kluba transfer xəbərini yaxına belə buraxmadı.
- Peşman deyilsən ki?
- Əsla. Mən özüm də getmək istəmirdim onsuz da. Gənc futbolçu üçün stabillik çox önəmlidi. Etiraf edim ki, Qurban müəllimin səbri və düzgün yanaşması olmasaydı, bəlkə təmamilə ümidimi üzmüşdüm.
- “Qarabağ”da səni hər şey qane edir?
- Yüz faiz. Mənim üçün heç vaxt pul birinci dərəcəli olmayıb. Bilirəm ki, oynasam, pul öz-özünə gələcək. “Qarabağ”da elə bir kollektiv var ki, böyük-kiçik öz yerində, mehribançılıq da öz yerində. Hamı bir-biri üçün can yandırır. Bizim komanda nəinki “Qarabağ”ın eyni zamanda Azərbaycan futbolunun "qızıl" nəslidir.
- Gələcək karyeran barədə nə fikirləşirsən?
- İlk növbədə “Qarabağ”da möhkəmlənmək, sonra isə Avropaya çıxmaq istəyirəm. Təbii ki, Azərbaycanda “Qarabağ”dan başqa komandada oynamağı düşünmürəm. Amma futbolçu ömrümün sonuna qədər də ölkədə qalmağı düşünmürəm.
 
   
 
 
Qeydiyyat Keçib Öz Adınızla Daxil Olun!

Mövzuya Oxşar Digər Xəbərlər:

  • Əfran və Rauf inanırlar
  • Aslan Kərimov:` Son 4 oyunda qələbə üçün meydana çıxacağıq`
  • Adamiya: «Sübut etdim ki, mən hələ futbolçu kimi bitməmişəm»
  • Heç 1 qram da həyəcanlanmadım.
  • İndi «Qarabağ»dayam və məni yalnız bu komandanın uğurları maraqla ...


  •  
         
         
         
         
      Məlumat  
      "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!  
         
         


     
    İstifadəçi Paneli
     


    Login:
    Parol:


        Qeydiyyat!
      Parolu Unutdun?
     
     

    Bölmələr
    Əsas Bölmələr
    »Ana Səhifə
    »Saytda Axtar
    »E-Mail Xidməti
    »Vaqif Cavadov
    »Vüqar Nadirov
    »Doğma Ağdam
    »Forum
    »MSN Qeydiyyatı
    »Canlı Futbol Nəticələri
    »Bizimlə Əlaqə
    »Futbolçularımız
    Xəbər Bölmələri
    »Qarabağ Xəbərləri
    »Azərbaycan Tarixi və Şəxsiyyətləri
    »Foto
    »Nederlands
    »Digər
    »Fan Club
    »Milli Komanda
    »Köşə Yazarı
    »Video
    »Müsahibə
     

    Qan Yaddaşımız


     Xocavənd - 08.02.1992
     Xocalı- 26.02.1992
    Şuşa - 08.05.1992
     Laçın - 18.05.1992
     Kəlbəcər - 02.04.1993
     Ağdərə - 07.06.1993
     Ağdam - 23.07.1993
     Cəbrayıl - 23.08.1993
     Füzuli - 23.08.1993
     Qubadlı - 31.08.1993
     Zəngilan - 30.10.1993
     

    Sorğu
       

    Bir mərhələ
    İki mərhələ
    Pley-off
    Qrup mərhələsi
    Daha yüksək yerlər
    Oyunlarımızdan asılıdır

     
     

     

    Ayın Ulduzu
     

    Reklam
     

    Dost saytlar
     

    Turnir Cədvəli
    1 Qarabağ 0 0 0 0 0-0 0
    2 Bakı 0 0 0 0 0-0 0
    3 Gəncə 0 0 0 0 0-0 0
    4 İnter 0 0 0 0 0-0 0
    5 MOİK 0 0 0 0 0-0 0
    6 Muğan 0 0 0 0 0-0 0
    7 Neftçi 0 0 0 0 0-0 0
    8 AZAL 0 0 0 0 0-0 0
    9 Qəbələ 0 0 0 0 0-0 0
    10 Simurq 0 0 0 0 0-0 0
    11 Turan 0 0 0 0 0-0 0
    12 Xəzər L 0 0 0 0 0-0 0
     

    Online
    Hal-hazırda saytda:
    İstifadəçi: 0
    Tapılmadı.

    Axtarış robotları: 2
    GooglebotYandex

    Qonaq:1
    Cəmi: 3

    Sonuncu daxil olan:
    20 İstifadəçi:
    AAqdamli Admin
    AqdamliSulu Azerifan_Abid
    baltazar Baxa555
    beykin DIEQO
    del orno Fərid
    hasanlianar insan
    landa123 niderlandli
    nurlane17 qattuzo
    wislakrakow xosss
    Zaur zaurrustamov

    Admin | Redaktor | Jurnalist
     

    Təqvim, Saat
     

    Sayğac

    free counters
     

    Namaz Vaxtı
     

    Top 10 Xəbərçilər
    Zaur
    Xəbər Sayı: 107
     
     

    Xəbər Arxivi
    İyul 2010 (107)
    İyun 2010 (84)
    May 2010 (70)
    Aprel 2010 (61)
    Mart 2010 (80)
    Fevral 2010 (82)
     

    Bombadirlər




    ;







     

    Ayın Ulduzları


     

    Ən Çox Baxılanlar
    » “Qarabağ” Azərbaycanı UEFA-nın reytinqində ir ...
    » "Qafqaz aslanları" artıq Makedoniyadadır
    » "İmarət" fan-klubu İnterin oyununda
    » "Metallurq" - "Qarabağ": Emin İmaməliyevin qolu
    » “Ən pis halda Şimali İrlandiyadan sərfəli nətic ...
    » Rauf Əliyev: “Visla” klubunu da məğlub etmək is ...
    » Qurban Qurbanov: “Bu, məni çox narahat edir”
    » Andrey Rubin: “Visla” klubunu keçməyimiz realdır
    » "Qarabağ"-"Portadaun" oyunundan fotolar
    » ANDREY RUBİNS: “SÖZ VERİRƏM Kİ, "QARABAĞ" Ü ...
     

     
     
         
     
    Copyright © 2010 www.IMARETFC.com
    Sayta daxil edilən xəbərlərə və şərhlərə görə sayt administrasiyası məsuliyyət daşımır ! Məlumatlardan istifadə zamanı istinad mütləqdir!
     
         
     
     
    в верх