| |
- İlk öncə son oyundan başlayaq... - "Standart" Böyükağa müəllimin gəlişində sonra "artırıb". "Bakı"ya, "Simurq"a qarşı əla oynamışdılar. Biz də 3 xal üçün çıxmışdıq. Allahın köməyi ilə qalib gəldik. - 2 turdu ki, oynamırsan. Bunun səbəbi nədi? - Zədələnmişdim. "Qəbələ"yə qarşı oyunumuz süni meydança olduğundan əzələm 2 yerdən dartılmışdı. Müalicə olunuram. Nə vaxt dönəcəyimi bilmirəm. Çalışacam "Simurq"la oyuna hazır olum. - "Simurq"la çətin oyunumuz var. İlk dövrədə məğlub olduq. Quzanlıda bunu aradan qaldırmaq mümkün olacaq? - Mütləq qələbə qazanmalıyıq. "Simurq"a qarşı oyunumuzu 6 xal hesab edirəm. Həm çempionatın 3 xalı, həm də "altılğ"ın 3 xalıdı. Çempionluğa təsir edən oyun olacaq. Çalışacayıq ki, mütləq 3 xalı götürək. - Avroliqadan sonra komandamız qələbələri sıralayır. Bunun sirri nədir? - Komandamız çox gəncdi. Əvvəl deyirdilər ki, "Qarabağ" yorulacaq, nə bilim 1-2 oyundan sonra dayanacaq. Artıq 15 tur keçib. Heç bir yorğunluq hiss olunmur. Komandamızda biri oynamayanda, digəri onu əvəz edir. Rəhbərlik gözəl komanda yaradıb. Qələbələrin sirri də bundadır. - Görürsən komandamız rəqibindən 3 dəfə güclüdür. Lakin minimal hesablı qələbə qazanır. Bunun səbəbi nədir? - Deyirlər bizdə hücumçu problemi var. Neçə qol vurmağımızın fərqi yoxdur. Əsas qələbə qazanaq. - Komandamız əsasən 2 hissədə fərqlənir. Bunu nə ilə əlaqələndirərdin? - "Qarabağ"da 90 dəqiqə mübarizə apara biləcək oyunçular var. Komandamız birinci hissə rəqibin yorulmasını gözləyir. İkinci hissədə isə istədiyini əldə edir. - "Qarabağ"ın müstəqillik dövründə 700-cü qolunun müəllifi oldun. O an nə hiss keçirdin? - Açığın deyim, bilmirdim bunu. Sabahısı günü mətbuatdan oxudum. Çox sevindim ki, "Qarabağ"ın 700-cü qolunu vurdum. - Başqa komandalardan təklif gəlibmi? - Mənim hələ ki, müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Hər cür şərait yaradılıb. - Sonda azarkeşlərə sözün? - Azarkeşlərimizə təşəkkür edirəm. Hər oyunda bizə dəstək olurlar. "12-ci oyunçu" funksiyasını gözəl yerinə yetirirlər |
|