LOGO SITE
 
 
      Ana Səhifə Azərbaycan Doğma Ağdam Forum Bizimlə Əlaqə      
 
 
 
   
  
   
 
 
Qara Qarayev: Almaniyada oynamağa hazıram
Müsahibə
     
     
 
- Qara, Almaniyaya səfər ecə keçdi?
- Əla. Düşünürəm ki, bu səfərin mənə ancaq xeyri dəydi.
- Belə bir yaşda uzun müddət ailədən uzaq qalmaq asan idi?
- Əslində, mən artıq bu həyata öyrənmişəm. Uzun müddətdi millinin təlim-məşq toplanışlarında olduğum üçün demək olar ki, darıxmırdım. Təbii ki, ailəm, vətənim yadımdan çıxmırdı. Amma qarşımda tək məqsəd vardı. Mümkün qədər bu şansdan maksimum faydalanmaq.
- "Hoffenhaym"ın oyunlarını izlədiz?
- Əlbəttə. Orada olduğumuz müddətdə bütün ev oyularını canlı izlədik. Üstəlik, bazalarımız yaxın olduğuna görə məşqləri də izləmək şansımız oldu.
- Başqa millətlərin futbolçuları var idi?
- Belə italyan, türk, koreyalı vardı. Amma onlar orda yaşayanlar idi. Sadəcə biz idik təlim keçən.
- Orda sizə münasibət necə idi?
- İlk günlər ağızbüzənlər var idi. Azərbaycan adını eşidəndə təəccüblənirdilər ki, o, ölkədə də futbolçu var. Amma şükürlər olsun ki, oyunumuzla onların fikirlərini dəyişdirə bildik.
- Özünü ordakı həmyaşıdlarından zəif hesab edirsən?
- Yox. Niyə ki. Onların bizdən elə də fərqi yoxdur. Sadəcə düzgün məşq etmək lazımdır.
- Yeri gəlmişkən, məşq sistemində fərq var?
- Elə əsas fərq məşqlərdədi (gülür). Orda isinmə hərəkətlərinə elə də fikir vermirlər. Burda 11 yaşından bizi "ştanga"nın altına salırlar. Orda isə yüngül isinmə hərəkətlərinin ardından ancaq futbolla məşğul oluruq. Trenajor zalında da edilən təmrinlər fərqlidi.
- Bəs, fiziki hazırlıq barəsində deyilənlər..
- Maraqlandım. Dedilər ki, əsas fiziki yükləmələr mövsümöncəsi çalışmlarda həyata keçirilir. Yəqin qışda da fizika ayırarlar.
- Hansı mövqeədə oynayırdın?
- Baş məşqçi məni yarımmüdafiədə oynadırdı. Amma boyumun balaca olduğunu söyləyib cinahda oynamağımın daha faydalı olacağını söylədi.
- "Hoffenhaym" sizə necə təsir bağışladı?
- Bilirsiz də ora kənddi. Cəmi 2000 nəfər əhalisi var. Amma ətraf zonanın ən populyar komandasıdı. Ona görə də oyunlarına 25 min adam gəlir.
- Almanca bir şey öyrənə bildin?
- Elə də yox. Ancaq istədiyimi soruşa bilirdim.
- Nə zamansa orda oynaya bilərsən?
- İndi özümü hazır sayıram. 17 yaşım olsa da, 19-larla məşq edirdim. Baş məşqçi mənimlə ciddi maraqlanırdı. İnşallah, tezliklə hər şey məlum olacaq.
- Orda günün necə keçirdi?
- Səhərlər futbolçular dərsə gedirdi. Məşqlərimiz axşam olurdu. Ona qədər internetə baxır, ailməzilə danışırdıq.
- Futbolçular təhsilə belə ciddi fikir verirlər?
- Hə. Daha doğrusu müəllim bazaya gəlirdilər. Hər bir futbolçu üçün ayrıca proqram tuturdular. Buna görə də onlar üçün xüsusi çətinlik olmurdu.
- Qayıdaq "Qarabağ"a. Oyunları izləmək şansın olurdu?
- Təəssüf ki, yox. İnternet saytımızdan oyunumuzu canlı izləyə bilirdim. Qollara da ordan baxırdım. Komandamızın uğurları mənə əlavə ruh verirdi. Bilirdim ki, burdan nə qədər yaxşı formada qayıtsam oynamaq şansım yüksələcək.
- Elə, ilk oyundaca meydana çıxdın.
- Hə, sağ olsun Qurban müəllim. Mənimlə söhbətdə dedi ki hazırlaş meydana çıxacaqsan. Açığı, bir qədər gözlənilməz oldum. Amma oynamağa hazır idim. - Oyunundan razı qaldın?
- Nə deyim. Buna Qurban müəllim qərar verə bilər. Mən öz üzərimə düşəni etməyə çalışıram.
- Bu il "Qarabağ"dan nə gözləyirsən?
- Çox şanslıyam ki, bu yaşda belə bir komandaya düşmüşəm. Əla komandamız var. İnşallah, çempion olmaq istəyirəm. Eyni zamanda, klubumu və ölkəmi də Avopada ən yaxşı şəkildə təmsil etmək istəyirəm.

Mənbə: qarabagh.com
 
   
 
 
Qeydiyyat Keçib Öz Adınızla Daxil Olun!

Mövzuya Oxşar Digər Xəbərlər:

  • Tural İsgəndərov: Vaqif Almaniyanın istənilən klubunda oynaya bilər
  • “Kiyev “Dinamo”sunun əvəzedici komandasında oynaya bilərdim” - ...
  • Əfran nəyi etiraf etdi?
  • Vaqif Cavadov: İraqla görüşə çıxmağa risk etmədim MÜSAHİBƏ
  • Namiq Yusifov: «Belə heyvanları Bakıda saxlamaq mümkün deyil. Xüsusi ...


  •  
         
         
         
         
      Məlumat  
      "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!  
         
         


     
    İstifadəçi Paneli
     


    Login:
    Parol:


        Qeydiyyat!
      Parolu Unutdun?
     
     

    Bölmələr
    Əsas Bölmələr
    »Ana Səhifə
    »Saytda Axtar
    »E-Mail Xidməti
    »Vaqif Cavadov
    »Vüqar Nadirov
    »Doğma Ağdam
    »Forum
    »MSN Qeydiyyatı
    »Canlı Futbol Nəticələri
    »Bizimlə Əlaqə
    »Futbolçularımız
    Xəbər Bölmələri
    »Qarabağ Xəbərləri
    »Azərbaycan Tarixi və Şəxsiyyətləri
    »Foto
    »Digər
    »Fan Club
    »Milli Komanda
    »Köşə Yazarı
    »Video
    »Müsahibə
     

    Qan Yaddaşımız


     Xocavənd - 08.02.1992
     Xocalı- 26.02.1992
    Şuşa - 08.05.1992
     Laçın - 18.05.1992
     Kəlbəcər - 02.04.1993
     Ağdərə - 07.06.1993
     Ağdam - 23.07.1993
     Cəbrayıl - 23.08.1993
     Füzuli - 23.08.1993
     Qubadlı - 31.08.1993
     Zəngilan - 30.10.1993
     

    Sorğu
       

    "İnter"
    "Xəzər"
    "Qəbələ"
    "Bakı"
    "Qəbələ"
    "Karvan"
    "Simurq"
    "Neftçi"
    "Turan"
    "Muğan"
    "Olimpik"
    "Standart"
    Rəqib tanımır

     
     

     

    Turun Ulduzu
     

    Dost saytlar
     

    Turnir Cədvəli
    1 İnter 10 5 2 3 11-10 17
    2 Qarabağ 10 3 6 1 6-4 15
    3 Xəzər L. 10 3 6 1 8-4 15
    4 Bakı 10 3 3 4 8-9 12
    5 Neftçi 10 2 5 3 6-6 11
    6 Qəbələ 10 1 4 5 6-12 7
     

    Online
    Hal-hazırda saytda:
    İstifadəçi: 0
    Tapılmadı.

    Axtarış robotları: 2
    YahooYandex

    Qonaq:1
    Cəmi: 3

    Sonuncu daxil olan:
    20 İstifadəçi:
    Admin autowredi
    BoginjaMilana dizayner
    elish EXPERT
    freemoons hameyka
    insan javetroff
    korwru Longin Luka_Uryupin
    maschayur Nekros
    qeenkasa Rufet91
    Sukur Cavad swetapush
    vasiniw Zaur

    Admin | Redaktor | Jurnalist
     

    Təqvim, Saat
    «    Mart 2010    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     

    Sayğac

    free counters
     

    Namaz Vaxtı
     

    Top 10 Xəbərçilər
    Zaur
    Xəbər Sayı: 29
     
     

    Xəbər Arxivi
    Mart 2010 (29)
    Fevral 2010 (82)
    Yanvar 2010 (74)
    Dekabr 2009 (95)
    Noyabr 2009 (86)
    Oktyabr 2009 (43)
     

    Bombadirlər
    Adrian Neaqa 9

    Anatoli Doroş 7

    Vaqif Cavadov 4

    Əfran İsmayılov 4

    Rauf Əliyev 2

    Rəşad Sadiqov 2

    Vüqar Nadirov 2
     

    Turun Ulduzları
    Rauf Əliyev 2

    Vüqar Nadirov 1

    Namiq Yusifov 1

    Zaur Həşimov 1

    Rəşad Kərimov 1

    Rəşad Sadıqov 2

    Əfran İsmayılov 4

    Rəşad Sadiqov 1

    Emin İmaməliyev 1
     

    Ən Çox Baxılanlar
    » Maksim Medvedev: “İnter”ə oynamağa imkan verməd ...
    » Kərimovdan Kərimova qədər
    » Əmrah Çəlikəl: «Son sözü PFL deməlidir»
    » Oyunsonrası fikirlər
    » Cəmaləddin Əliyev-50
    » Allah rəhmət eləsin!
    » Fanklub Lənkəranda
    » `Olimpik-Şüvəlan` - `Qarabağ`. 1:1
    » Növbəti əzmkar qələbə
    » PFL Quzanlı stadionuna komissiya göndərir
     

     
     
         
     
    Copyright © 2010 www.IMARETFC.com
    Sayta daxil edilən xəbərlərə və şərhlərə görə sayt administrasiyası məsuliyyət daşımır ! Məlumatlardan istifadə zamanı istinad mütləqdir!
     
         
     
     
    в верх