| |
Qol.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov qələbə qazanmaqlarına baxmayaraq, hələ heç nəyin bitmədiyini söyləyib: «Hər şey cavab oyununda həll olunacaq. Biz arxayınlaşmamalı və cavab oyununa daha ciddi hazırlaşmalıyıq». Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçirilən «Qarabağ» - «Xəzər Lənkəran» oyunu 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb. |
|