| |
18 ildən sonra Ağdamda məğlub olan komandamızın əfsanəvi kapitanı Aslan Kərimovun fikirlərini bilmək maraqlı olardı. 37 yaşlı universal futbolçu qarabagh.com-a verdiyi açıqlamada həm məğlubiyyətə, həm də ki komandanın qarşıdakı oyunları haqqında danışıb:`Qarabağ`da hər zaman döyüşkən, sona qədər mübarizə aparan ruhu olub. Əlbəttə, `6`lıqda heç də istədiyimiz nəticələri əldə edə bilməməyimiz bizi üzür. Təbii ki, bunda müəyyən səbəblər var. Və ilk növbədə özümüzdə səhv axtarmalıyıq. Bəzi oyunlarda şans da bizdən üz döndərmişdi. Düzdü, 9 futbolçunun millidə oynaması bizim üçün fəxrdir. Millidə oynamaq hər zaman futbolçuya əlavə stimul verir. Amma, istənilən halda mövsümün sonuna yaxın keçirilən təlim-məşq toplanışları, üstəlik uzun yollar futbolçuları yorur. Amma bizim komandada əla kollektiv var. Heç bir zaman futbolçular bunu qabartmayıblar. Hər kəs bir-biri üçün meydanda sona kimi vuruşur. Meydandan kənarda da əla kollektivimiz var. Təbii ki, uğursuzluq hamımızı məyus edir. Amma inanıram ki, birliyimiz sayəsində avrokuboklara vəsiqə qazancağıq. Bunun üçün qalan 4 oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu komanda avrokuboklarda 2 mərhələ keçən komandadır. İnşallah, sonda avrokuboklara vəsiqə qazanacağıq.` |
|