NÖVBƏTİ RƏQİB "VİSLA"
LOGO SITE
 
 
      Ana Səhifə Azərbaycan NED ENG Doğma Ağdam Forum Bizimlə Əlaqə      
 
 
 
   
  
   
 
 
Adil Nadirov: "Mərcə girərəm bura Braziliya gəlsə uduzar"
Müsahibə
     
     
 
- İmarəti necə xatırlayırsınız?
- İmarəti elə, İmarət kimi xatırlayıram. İmarətin arxasında məqbərələr, Natavanın qəbri yerləşirdi.
- Ən yadda qalan görüşünüz hansı olub?
- İlk dəfə oynamışam 1966-cı ildə 16 yaşımda “Vostok-Bakı”ya qarşı. Oyunda 4:1 qələbə qazanmışıq. Qolun birin də mən vurmuşam. Heç vaxt yadımdan çıxmaz. İlk qolum olub.
- İmarət yuxunuza girirmi?
- Yuxuda görürəm ki, doğma stadionda oynayıram. Tez-tez futbol oynayıram. Maraqlı yuxular görürəm. Görürəm ki, oynayıram, amma bunun yuxu olduğunu bilə-bilə.
- Doğma yurda qayıtmağınızı səbirsizliklə gözləyirsiz?
- Mən çox yerdə demişəm ki, tezliklə doğma elimizə qayıdacağıq. Arzum budur ki, Ağdama qayıdaq və orada çempionluğu bayram edək. Qayıdıb orada “Qarabağ”ı çempion etmək istəyirəm, necə ki iki dəfə buna nail olmuşam.
- Komandamız indi Quzanlıda oynayır...
- Quzanlı da vətənimizdir. Amma o Vətən deyil. Biz Quzanlıya pambığa gedərdik, amma getmək istəmirdik. Çünki istidir. İndisə Quzanlını vətən kimi qəbul edirik. Çünki torpağımızdır. Sənə onu deyim ki, Ağdama istənilən komanda gələndə Uzundərə adlanan yeri keçəndə 1:0 bizim xeyrimizə olurdu. İmarət belə əzəmətə malik idi. Gürcülər(Sxumi) gəlmişdi. Onları 1:0 udmuşduq. Oyundan sonra gürcülərin prezidenti dedi ki, mərcə girərəm bura Braziliya gəlsə uduzar. Bu elə-belə söz deyil.
- Bir müddətdi kənarda qalmısınız...
- Mənim təbiətim belədir. Ya işləyərəm, ya da çəkilərəm. Mən görəndə ki, mənim işləməyimə bir o qədər əhəmiyyət vermirlər, onda işləmirəm. Mən də bunu hiss elədim. Kimsə sizə desə ki, öz işin Adil qədər bilən var, o sizi aldadır. Mən o işi bilirəm.
- Rəhbərliklə danışıqlar olur?
- İki gündən bir rəhbərliklə bir yerdəyəm. Rəhbərlikdən çox razıyam. Abdulvari Gözəl hər şey edir. Şükür Allaha komanda korluq çəkmir.
- Komandanın bu günkü durumunu necə qiymətləndirərdin?
- “Qarabağ” komandası 1965-1966-cı illərdə ağdamlı uşaqlar yetişdirirdi. O uşaqlar 6-7 ildən sonra komandada oynamağa başladı. Bu səbəbdən gözəl komanda yarandı. Bu gün “Qarabağ” komandası həmin illəri xatırladır. Bu heyət bir-birini gözəl anlayırlar. Bu gün “Neftçi” komandasın ünsiyyət çatmır. Amma “Qarabağ”da bu var.
- Qurban Qurbanov haqqında fikirləriniz?
- Qurban cavan məşqçidir. Ondan nə böyük şey tələb etmək olmaz, nə də ki etməmək. Gənc məşqçi belə yetişir. Çempion olmaq üçün, oynamaq lazımdır. Tahir bəyin bildirir ki, bu il çempion olmalıyıq. Bunu alqışlayıram. Çempion olmağa həm futbolçular, həm də ki rəhbərlik hazır olmalıdır.
- Komandamızın çempionluq şansını necə dəyərləndirirsiniz?
- 50%-50%.
- Bunu necə şərtləndirərdiniz?
- Təcrübəsizlik. İkinci komanda burada məşq keçir, Quzanlıda oynayır. Komanda əsasən minimal hesabla qalib gəlir. Bu gün “Qarabağ”ın hücum kəsəri ortadır. Orta xətt oyuna cavab verə bilmir. Elvin Məmmədov yaxşı başlamışdı. Mövsümün əvvəlində Avroliqada yaxşı oynayırdı. Son zamanlar bilmirəm nədəndir, oynaya bilmir. Futbolçularda belə eniş dövrü olur. “Qarabağ”da pleymeker yoxdur. Stabil oynayan yoxdur. Oyunu öz üzərinə götürən futbolçu yoxdur. Görürsən komandamız rəqibindən 3 dəfə güclüdür. Lakin minimal hesablı qələbə qazanır.
- Belə çıxır ki, qış fasiləsində komandanın güclənməsinə ehtiyac var!
- Bəli. Əgər çempion olmaq istəyirsən heyəti gücləndirməlisən. Həqiqətən hazırkı heyət çempioluğa layiqdi. Ancaq çatışmayanlar var. Komandaya pleymeker lazımdır.
- Vüqar haqqda danışardınız.
- Qardaşım oğlu futbolçu məxsus hər şeyə cavab verir. Amma qol vurmaq problemi var.
- Sizcə bunun əsas səbəbi nədir?
- Əsas səbəbi stabil mövqedə oynamır. Lənkaranda yarımmüdafiənin sağında, Yevlaxda solunda, “Qarabağ”da isə hücumda oynayır. Götürək Hakan Şükürü. Hamı bilirdi ki, bunu mövqeyi hücumun mərkəzidir. Ona görə də hamı o istiqamətə ötürürdü. Vüqar isə 4 ildə 4 mövqedə oynayıb. İndi də klubda hücumda oynayır, milli komandada isə yarımmüdafiədə oynayır. Vüqar əgər bir mövqedə oynasa öz sözünü deyəcək. Güclü zərbələri var. Bəxti də gətirmir. Öz üzərində işləməlidi. Mən oynayan zaman 10 zərbəmin 9-u qapıdaydı. Bunun səbəbi, məşq.
- “Qarabağ” Avropada öz sözün dedi?
- Dedi. Biri var çıxasan ustalığınla hər şeyi edəsən, biri də var çıxasan canınla. “Qarabağ” nəyi var canını meydana qoydu. Ustalıq çatmadı.
- Ustalıq çatsaydı qrupa da düşərdi...
- Qrupu da keçərdi. Götürək Vüqarı. Neçə dənə şansı qaçırdı. Foqtsun gəlməyi də bizə xeyri dəyəcək. 5-6 il bundan qabaq çox qol buraxmamaq haqda düşünürdük. Bu gün isə tamam fərqlidir. Qol vurmaq, qələbə haqqında fikirləşirik. Bir əhvalat danışım. Deməli, Nazim müəllimlə(keçmiş sponsor) İsveçrəyə uçuruq. Nazim müəllim mənə dedi ki, Allah eləyə zəif komandayla düşək, mən güldüm. Dedi niyə gülürsən? Dedim hamı deyir ki, zəif komandayla düşək, bizdən də zəif komanda yoxdur. İndi belə demək olmaz! 2-3 mərhələ keçə bilirik. Foqts gələndən sonra, inam yaratdı ki, oynayıb udmaq olar.
- “İnter”- “Qarabağ” oyunu haqqında danışaq...
- Yan xətt hakimi böyük səhf etdi. Orada oyundankənar vəziyyət yox idi. Həmin epizodda Farizin səhfi yox idi. Yan xətt hakiminin ucbatından oldu. Əgər bir oyunda “Qarabağ” kimi klubu bir yan xətt hakimi yıxırsa, ondan çempionluq gözləmə.
- Ağdam məğlubedilməzliyin səbəbi nədir?
- Aqil Abbasdan soruşdum ki, niyə ağdamlılar döyüşkəndi? Əyildi yerdən bir ovuc torpaq götürdü və dedi ki, hər şey bu torpaqdadı. İstənilən komanda Ağdama gələndə vahimə bürüyür. Bilir ki, Ağdamdadır. Ona görə də, “Qarabağ”ı Ağdamda udmaq ölümə bərabərdir.
- Səhhətiniz necədir?
- Şükür Allaha yaxşıyam. Sağalmışam. Ağrılar gedir. Müalicəm davam edir.
- Yəqin nəvəniz də gələcəkdə futbolçu olacaq?
- Əlbəttə. Nəvəmə öz adımı qoymuşam. İndidən topu düz vurmağı bilir. Maraqlıdır ki, 2 yaşı olmasına baxmayaraq, topu ayağının üstü ilə vurur.
 
   
 
 
Qeydiyyat Keçib Öz Adınızla Daxil Olun!

Mövzuya Oxşar Digər Xəbərlər:

  • Vüqar Nadirov: "Qurban müəllim həmişə mənə dəstək olub"
  • Aqil Abbas: “Rəmiş konservatoriyada təhsil alsaydı, dünyada meqastar ...
  • Rauf Əliyev: "Qol vurmaq hər hücumçunun işidir "
  • Rəşad Sadiqov: "Nə vaxt dönəcəyimi bilmirəm"
  • Vüqar Nadirov: “Çempionluq mübarizəsində dörd komanda bizə mane ol ...


  •  
         
         
         
         
      Məlumat  
      "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!  
         
         


     
    İstifadəçi Paneli
     


    Login:
    Parol:


        Qeydiyyat!
      Parolu Unutdun?
     
     

    Bölmələr
    Əsas Bölmələr
    »Ana Səhifə
    »Saytda Axtar
    »E-Mail Xidməti
    »Vaqif Cavadov
    »Vüqar Nadirov
    »Doğma Ağdam
    »Forum
    »MSN Qeydiyyatı
    »Canlı Futbol Nəticələri
    »Bizimlə Əlaqə
    »Futbolçularımız
    Xəbər Bölmələri
    »Qarabağ Xəbərləri
    »Azərbaycan Tarixi və Şəxsiyyətləri
    »Foto
    »Nederlands
    »Digər
    »Fan Club
    »Milli Komanda
    »Köşə Yazarı
    »Video
    »Müsahibə
     

    Qan Yaddaşımız


     Xocavənd - 08.02.1992
     Xocalı- 26.02.1992
    Şuşa - 08.05.1992
     Laçın - 18.05.1992
     Kəlbəcər - 02.04.1993
     Ağdərə - 07.06.1993
     Ağdam - 23.07.1993
     Cəbrayıl - 23.08.1993
     Füzuli - 23.08.1993
     Qubadlı - 31.08.1993
     Zəngilan - 30.10.1993
     

    Sorğu
       

    Bir mərhələ
    İki mərhələ
    Pley-off
    Qrup mərhələsi
    Daha yüksək yerlər
    Oyunlarımızdan asılıdır

     
     

     

    Ayın Ulduzu
     

    Reklam
     

    Dost saytlar
     

    Turnir Cədvəli
    1 Qarabağ 0 0 0 0 0-0 0
    2 Bakı 0 0 0 0 0-0 0
    3 Gəncə 0 0 0 0 0-0 0
    4 İnter 0 0 0 0 0-0 0
    5 MOİK 0 0 0 0 0-0 0
    6 Muğan 0 0 0 0 0-0 0
    7 Neftçi 0 0 0 0 0-0 0
    8 AZAL 0 0 0 0 0-0 0
    9 Qəbələ 0 0 0 0 0-0 0
    10 Simurq 0 0 0 0 0-0 0
    11 Turan 0 0 0 0 0-0 0
    12 Xəzər L 0 0 0 0 0-0 0
     

    Online
    Hal-hazırda saytda:
    İstifadəçi: 0
    Tapılmadı.

    Axtarış robotları: 3
    GooglebotGooglebot-Image
    Yandex

    Qonaq:1
    Cəmi: 4

    Sonuncu daxil olan:
    20 İstifadəçi:
    AAqdamli Admin
    AqdamliSulu Azerifan_Abid
    baltazar Baxa555
    beykin DIEQO
    del orno Fərid
    hasanlianar insan
    landa123 niderlandli
    nurlane17 qattuzo
    wislakrakow xosss
    Zaur zaurrustamov

    Admin | Redaktor | Jurnalist
     

    Təqvim, Saat
     

    Sayğac

    free counters
     

    Namaz Vaxtı
     

    Top 10 Xəbərçilər
    Zaur
    Xəbər Sayı: 107
     
     

    Xəbər Arxivi
    İyul 2010 (107)
    İyun 2010 (84)
    May 2010 (70)
    Aprel 2010 (61)
    Mart 2010 (80)
    Fevral 2010 (82)
     

    Bombadirlər




    ;







     

    Ayın Ulduzları


     

    Ən Çox Baxılanlar
    » “Qarabağ” Azərbaycanı UEFA-nın reytinqində ir ...
    » "Qafqaz aslanları" artıq Makedoniyadadır
    » "İmarət" fan-klubu İnterin oyununda
    » "Metallurq" - "Qarabağ": Emin İmaməliyevin qolu
    » “Ən pis halda Şimali İrlandiyadan sərfəli nətic ...
    » Rauf Əliyev: “Visla” klubunu da məğlub etmək is ...
    » Qurban Qurbanov: “Bu, məni çox narahat edir”
    » Andrey Rubin: “Visla” klubunu keçməyimiz realdır
    » "Qarabağ"-"Portadaun" oyunundan fotolar
    » ANDREY RUBİNS: “SÖZ VERİRƏM Kİ, "QARABAĞ" Ü ...
     

     
     
         
     
    Copyright © 2010 www.IMARETFC.com
    Sayta daxil edilən xəbərlərə və şərhlərə görə sayt administrasiyası məsuliyyət daşımır ! Məlumatlardan istifadə zamanı istinad mütləqdir!
     
         
     
     
    в верх