“İmarət” üzv olmaq istəyənlərin nəzərinə!
LOGO SITE
 
 
      Ana Səhifə Azərbaycan NED ENG Doğma Ağdam Forum Bizimlə Əlaqə      
 
 
 
   
  
   
 
 
Vüqar Nadirov niyə qol vura bilmir?
Qarabağ Xəbərləri
     
     
 
Imaretfc.com qol.az saytına istinadən verdiyi məlumata görə, futbolçunun sonuncu dəfə vurduğu qol “Qarabağ”ın avroliqanın dördüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqust ayının 21-də səfərdə Hollandiya “Tvente”siylə keçirdiyi matçda qeydə alınıb. Həmin görüşdə müdafiəçilərin səhvindən istifadə edən Nadirov komandasını hesabda irəli çıxara bilmişdi. Təəssüf ki, bu qoldan sonra hücumçu nə milli komandanın, nə də “Qarabağ”ın heyətində keçirdiyi oyunlarda qapıya yol tapa bilib. Bəs, görəsən, bunun səbəbi nədir? Yaxşısı budu, futbolçunun özünü və futbol mütəxəssislərini dinləyək.

Vüqar Nadirov:

- Doğrusu, nə baş verdiyini heç özüm də bilmirəm. Qapıya nə qədər zərbə endirsəm də, top çərçivəyə getmir ki, getmir. Hər matça qol vurmaq ümidilə çıxıram. Amma təəssüf ki, bu, hələ məndə alınmır. Fikrimcə, belə hal hər bir hücumçunun başına gələ bilər. İnanıram ki, tezliklə qollarımı sıralayacam.

Adil Nadirov (“Qarabağ” klubunun təsisçilərindən biri, Vüqar Nadirovun əmisi):

- Bilirsiniz, Vüqar çox istedadlı oyunçudur. Oyun vaxtı komandaya dəstəyini hər cür göstərir. Onun uzun müddətdir qol vura bilməməsinə gəlincə, bunu normal qarşılamaq lazımdır. Belə problemlə bizim bir çox ünlü futbolçumuz üzləşib. Məsələn, hətta İsgəndər Cavadov kimi futbolçuda da bu şansızlıq özünü göstərirdi. Cavadov az qala qapıçını da keçərək topu qapıya göndərirdi, amma top dirəyə dəyib geri qayıdırdı.

Müşfiq Hüseynov (keçmiş futbolçu və "Qarabağ"ın məşqçisi):

- Məncə, bu, psixoloji faktorla bağlıdır. Vüqardan bir hücumçu kimi heç bir narazılığımız yoxdur. Meydanda çox işləyir və komandaya çox xeyir verir. Elə “Olimpik-Şüvəlan”la son tur matçında da yaxşı oynadı, iki real qol imkanı əldə etdi. Yeganə çatışmayan cəhəti odur ki, son vaxtlar qol vura bilmir. Bir vaxtlar məndə də belə hallar olub. Bir müddət qol vurmayanda psixoloji gərginliyə düşürsən. Bu səddi aşmaq üçün növbəti oyunlardan birində fərqlənmək lazımdır. Bir qol vurduqdan sonra özünəinam yenidən geri qayıdacaq və qolların ardı gələcək.

Qurban Qurbanov («Qarabağ»ın baş məşqçisi, keçmiş futbolçu):

- Böyük futbolda hər zaman futbolçunun başına belə şeylər gələ bilər. Bəzən hansısa bir oyunçu 5-10 oyun qol vura bilmir, amma sonradan hər matç qol vurmağa başlayır. Biz Vüqar Nadirovu komandamıza böyük ümidlərlə dəvət etmişik. Onun komandamızın hər bir uğurunda böyük əməyi var. Vüqarın qol vura bilməməsinə baxmayaraq, hər zaman ötürmələri və müdafiəçiləri təzyiqdə saxlamağı ilə komandamıza öz töhfəsini verir. 90 dəqiqə meydanda hərəkətdə olur. Yəqin ki, bir-iki oyun qol vura bilməyəndə özünü narahat hiss edir. Bütün bunlara baxmayaraq, biz ona tam güvənirik. Mən bir neçə dəfə də qeyd etmişəm ki, Vüqar Azərbaycanda ən yaxşı mövqe seçiminə malik futbolçudur. Onun hissiyatı çox güclüdür. Hər oyun fərdi ustalığı sayəsində heç nədən iki-üç qol epizodu yarada bilir.
 
   
 
 
Qeydiyyat Keçib Öz Adınızla Daxil Olun!

Mövzuya Oxşar Digər Xəbərlər:

  • Vüqar Nadirov: "Qurban müəllim həmişə mənə dəstək olub"
  • “Mənim qol vurmağım, hücumçuların zəif olması demək deyil”
  • Cavadov öz istədiyi kimi oynayır
  • «Bu, hər bir futbolçunun başına gələ bilər»
  • VÜQAR NADİROV: “XƏZƏR LƏNKƏRAN”I MƏĞLUB ETMƏK HAQDA DÜŞÜNÜ ...


  •  
         
         
         
         
      Məlumat  
      "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!  
         
         


     
    İstifadəçi Paneli
     


    Login:
    Parol:


        Qeydiyyat!
      Parolu Unutdun?
     
     

    Bölmələr
    Əsas Bölmələr
    »Ana Səhifə
    »Saytda Axtar
    »E-Mail Xidməti
    »Vaqif Cavadov
    »Vüqar Nadirov
    »Doğma Ağdam
    »Forum
    »MSN Qeydiyyatı
    »Canlı Futbol Nəticələri
    »Bizimlə Əlaqə
    »Futbolçularımız
    Xəbər Bölmələri
    »Qarabağ Xəbərləri
    »Azərbaycan Tarixi və Şəxsiyyətləri
    »Foto
    »Nederlands
    »Digər
    »Fan Club
    »Milli Komanda
    »Köşə Yazarı
    »Video
    »Müsahibə
     

    Qan Yaddaşımız


     Xocavənd - 08.02.1992
     Xocalı- 26.02.1992
    Şuşa - 08.05.1992
     Laçın - 18.05.1992
     Kəlbəcər - 02.04.1993
     Ağdərə - 07.06.1993
     Ağdam - 23.07.1993
     Cəbrayıl - 23.08.1993
     Füzuli - 23.08.1993
     Qubadlı - 31.08.1993
     Zəngilan - 30.10.1993
     

    Sorğu
       

    Çempion
    Kubok
    İlk üçlük
    Heç bir

     
     

     

    Aktual
     

    Reklam
     

    Dost saytlar
     

    Turnir Cədvəli
    1 Neftçi 4 3 1 0 9-1 10
    2 Xəzər L 4 3 1 0 4-0 10
    3 İnter 4 2 1 1 4-2 7
    4 AZAL 4 2 1 1 5-4 7
    5 Muğan 4 1 2 1 5-5 5
    6 Qarabağ 2 1 1 0 2-1 4
    7 MOİK 4 1 1 2 3-4 4
    8 Gəncə 3 0 3 0 3-3 3
    9 Bakı 3 1 0 2 4-5 3
    10 Turan 4 0 2 2 3-7 2
    11 Simurq 4 0 2 2 3-9 2
    12 Qəbələ 4 0 1 3 1-5 1
     

    Online
    Hal-hazırda saytda:
    İstifadəçi: 0
    Tapılmadı.

    Axtarış robotları: 1
    Googlebot

    Qonaq:1
    Cəmi: 2

    Sonuncu daxil olan:
    20 İstifadəçi:
    A_dmin andreycowal
    chekistValera elsen
    EXPERT hasanlianar
    insan koroloike
    kostyavertenko landa123
    lozhckinevgeny miraj78
    parestovvalera pawelolisenko
    peresakjeka rasiko
    rubot sto_mptri
    VityAka zheckapetrow

    Admin | Redaktor | Jurnalist
     

    Təqvim, Saat
    «    Sentyabr 2010    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     

    Sayğac

     

    Namaz Vaxtı
     

    Top 10 Xəbərçilər
    A_dmin
    Xəbər Sayı: 6
     
     

    Xəbər Arxivi
    Sentyabr 2010 (6)
    Avqust 2010 (85)
    İyul 2010 (110)
    İyun 2010 (84)
    May 2010 (70)
    Aprel 2010 (61)
     

    Bombadirlər
    Jaba 2

    Yuşka 2

    Rəşad Sadiqov 1







     

    Ən Çox Baxılanlar
    » "Borussiya"-"Qarabağ" oyunundan fotolar
    » Tahir Gözel: 5 il sonra...
    » Qurban Qurbanov: Əvvəlki oyunun yorğunluğu hələ h ...
    » "Qarabağ"- "Borussiya" oyunundan fotolar
    » İnsanın özündən çox şey asılıdır.
    » Çingiz Mustafayev-50
    » “QARABAĞ” UEFA REYTİNQİNDƏ NEÇƏNCİDİR?
    » “Qarabağ” öz oyununu oynasa, qələbə qazanacaq ...
    » RƏŞAD SADIQOV: “YALNIZ ALLAHA ÜMİD EDİRƏM
    » “Neftçi” doğma meydanda “Qarabağ”a məğlub ...
     

     
     
         
     
    Copyright © 2010 www.IMARETFC.com
    Sayta daxil edilən xəbərlərə və şərhlərə görə sayt administrasiyası məsuliyyət daşımır ! Məlumatlardan istifadə zamanı istinad mütləqdir!
     
         
     
     
    в верх