| |
Bu sözləri Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib.
20 yaşlı hücumçu Hollandiya təmsilçisinə keçidi ilə bağlı fikirlərini açıqlayıb: “Gələn ilin əvvəlində “Tvente” ilə müqavilə bağlayacağam. Yanvarın 5-də ora getmək fikrindəyəm. Hələ komandanın nə vaxt məşqlərə başlayacağını bilmirəm. Amma həmin günü səbirsizliklə gözləyirəm. Mən həmişə Avropada oynamağı arzulamışam. Bu mənim məqsədim olub”.
Qeyd edək ki, karyerasını Rusiyanın MOİK-ində başlayan Vaqif son 3 ildə “Qarabağ” klubunda çıxış edib.
Mənbə: extratime.az |
|