| |
Türkiyə klublarının hədəfində olan Fərhad Vəliyev "Qarabağ"da qalacaq. Fanat.az xəbər verir ki, Ağdam klubu ilə millinin qolkiperi arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Müzakirələrdən sonra Fərhad "Qarabağ"la yeni müqavilə imzalamaq qərarına gəlib. Anlaşmanın müddəti 1,5 ildir. Yəni Vəliyev ən azı gələn mövsümün sonunadək "Qarabağ"ın formasını geyinməlidir. Fərhad "Qarabağ"la yeni müqavilə imzalasa da, Türkiyənin "Çaykur Rizəspor" klubu onu yenə də heyətində görmək istəyir. Belə ki, Bank Asiya 1-ci ligində çıxış edən klubu yanvarın 17-dək Vəliyevin transferini reallaşdırmaq niyyətindədir. "Taka" qəzetininin məlumatına görə, bu haqda Rizə klubunun idman direktoru Oğuz Aydın açıqlama verib. O, bildirib ki, 30 yaşlı qolkiperlə danışıqlar son dərəcə yaxşı müstəvidə davam etməkdədir: "Rəhbərliyimiz Vəliyev və onun klubu ilə danışıqları davam etdirir. Bu transferi bir an öncə bitirmək istəyirik. Yanvarın 17-də azarkeşlərimiz qarşısında "Hacettepe" ilə üz-üzə gələcəyik. Həmin oyunadək qapıçı Fərhad Vəliyevi və digər mövqelər üçün daha 3 oyunçunun keçidini reallaşdırmaq istəyirik". |
|