| |
Ağdamın Quzanlı qəsəbə stadionunda aparılacaq təmir işlərilə əlaqədar martın 12-də keçirilməsi nəzərdə tutulan "Qarabağ" - "Bakı" oyunu Quzanlıda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu haqda imaretfc.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan Əziz məlumat verib. Nurlan Əzizin sözlərinə görə, klublar arasındakı qarşılıqlı razılaşmaya əsasən aprelin 17-də Bakıda keçirilməsi nəzərdə tutulan "Bakı" - "Qarabağ" oyunu isə Quzanlıda baş tutacaq. |
|