NÖVBƏTİ RƏQİB "VİSLA"
LOGO SITE
 
 
      Ana Səhifə Azərbaycan NED ENG Doğma Ağdam Forum Bizimlə Əlaqə      
 
 
 
   
  
   
 
 
“Xəzər Lənkəran”la oyunda hətta heç-heçə də bizim üçün pis nəticə sayılacaqdı”
Qarabağ Xəbərləri
     
     
 
- Rauf, başlayaq “Xəzər Lənkəran”la oyundan. Qarşılaşma haqda nə deyə bilərsən?
- Biz bu matça yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Qeydə alına biləcək heç-heçə belə bizim üçün pis nəticə sayılacaqdı. Bu səbəbdən də oyuna çox ciddi hazırlaşmışdıq. Çox şadam ki, istəyimizə də çatdıq. Zəhmətimiz hədər getmədi. Oyun çox gərgin keçdi. Hər iki komanda çempionatın iddialılarındandır və bu səbəbdən də oyun maraqlı alındı. Sonda bütün komanda üzvləri kimi mən də qalib gəldiyimiz üçün çox sevindim.
- Elə alındı ki, qələbə qolunu da sən vurdun.
- Mənim işim elə qol vurmaqdan ibarətdir. Futbol diliylə desək, “ayağım açılıb”. Meydana daxil olarkən yalnız qol vurmaq haqqında fikirləşirəm.
- Ümumiyyətlə, son oyunda əvvəl qol vuracağını gözləyirdinmi?
- 50 faiz qol vuracağımı hiss etmişdim.
- Həmin qolu necə təsvir edərdin?
- Cinahdan Vüqar Nadirov mənə çox gözəl ötürmə verdi. Həmin məqamda ötürmə vermək biraz çətin idi. Amma Vüqar sağ olsun ki, sonacan mübarizə apardı və ideal ötürmə verdi. Mən də üstümə düşən vəzifəni yerinə yetirdim və qol vurdum.
- Necə düşünürsən, həmin qola görə “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevi günahlandırmaq olar?
- Məncə, elə bir kobud səhv olmadı. Sadəcə, mən rəqib müdafiəçisindən daha hündürə tullandım və hesabı açdım.
- Həqiqətən də həmin qol epizodunda çox hündürə tullandın. Bunun üzərində məşqlərdə işləyirsən, yoxsa bu, sırf təsadüf nəticəsində baş verdi?
- Boyumun hündür olmağının da bunda öz köməkliyi oldu. Bundan əlavə, məşqlərdə başla zərbələr üzərində işləyirəm. Məncə həm boyumun hündür olması, həm də başla yaxşı zərbələr vura bilməyim mənim üstünlüyümdür.
- “Qarabağ” cari mövsümdə çox az qol vurur. Qalib gəldiyiniz görüşlərin demək olar ki, hamısını minimal hesabla qələbəylə başa vurmusunuz. İstisna kimi yalnız “Turan”la oyunu göstərmək olar. Bunu nə ilə əlaqələndirərdin?
- Fikrimcə, əsas bu görüşlərdə qələbə qazanmaqdır. 1:0 yaxud 5:0 qələbə qazanmağın heç bir fərqi yoxdur. Onsuz da qələbəyə görə 3 xal verilir. Bu səbəbdən məncə oyunda neçə qol vurmağımız elə də böyük əhəmiyyət daşımır.
- Növbəti turda turnir cədvəlində şərikli lider olduğunuz “İnter”lə qarşılaşacaqsınız. Bu matç haqda nə deyə bilərsən?
- Təbii ki, hər oyuna olduğu kimi bu matça da qələbə üçün çıxacağıq. “İnter”ə qarşı mənim oyunum həmişə yaxşı alınır. Çalışacam bu oyunda da fərqlənim.
- “İnter”lə matçda baş məşqçi Qurban Qurbanovun sənə əsas heyətdə yer verəcəyinə inanırsan?
- Mənim üçün oyuna ilk dəqiqələrdən yaxud sonradan daxil olmağın böyük bir fərqi yoxdur. Baş məşqçimiz necə məsləhət görəcəksə, helə də olacaq. Şəxsən mən özümü oyuna tam hazır hesab edirəm.
- Çempionluğa real namizəd olaraq kimi görürsən?
- İndidən bu haqda danışmaq məncə tezdir. İkinci dövrəni gözləmək lazımdır. Amma 3-4 klub var ki, onları çempionluq yolunda özümüzə rəqib görürəm.
- Hansı klubları nəzərdə tutursan?
- “Bakı” və “İnter”in adlarını çəkə bilərəm. Düzdür, “Bakı” son zamanlar bir qədər uğursuz çıxış etsə də, onların çempionluq yolunda bizə rəqib olacaqlarına inanıram.
 
   
 
 
Qeydiyyat Keçib Öz Adınızla Daxil Olun!

Mövzuya Oxşar Digər Xəbərlər:

  • Rauf Əliyev: "Qol vurmaq hər hücumçunun işidir "
  • “Qarabağ”ın futbolçusuyam və məni yalnız bu klubun uğurları dü ...
  • Georgi Adamiya: “Xəzər Lənkəran"la oyuna da, qol vurmağa da hazıra ...
  • Mən “altılıq” sisteminin tərəfdarı deyiləm
  • “Bəzən, məşqçilərə tərcüməçiliyi mən edirəm”


  •  
         
         
         
         
      Məlumat  
      "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!  
         
         


     
    İstifadəçi Paneli
     


    Login:
    Parol:


        Qeydiyyat!
      Parolu Unutdun?
     
     

    Bölmələr
    Əsas Bölmələr
    »Ana Səhifə
    »Saytda Axtar
    »E-Mail Xidməti
    »Vaqif Cavadov
    »Vüqar Nadirov
    »Doğma Ağdam
    »Forum
    »MSN Qeydiyyatı
    »Canlı Futbol Nəticələri
    »Bizimlə Əlaqə
    »Futbolçularımız
    Xəbər Bölmələri
    »Qarabağ Xəbərləri
    »Azərbaycan Tarixi və Şəxsiyyətləri
    »Foto
    »Nederlands
    »Digər
    »Fan Club
    »Milli Komanda
    »Köşə Yazarı
    »Video
    »Müsahibə
     

    Qan Yaddaşımız


     Xocavənd - 08.02.1992
     Xocalı- 26.02.1992
    Şuşa - 08.05.1992
     Laçın - 18.05.1992
     Kəlbəcər - 02.04.1993
     Ağdərə - 07.06.1993
     Ağdam - 23.07.1993
     Cəbrayıl - 23.08.1993
     Füzuli - 23.08.1993
     Qubadlı - 31.08.1993
     Zəngilan - 30.10.1993
     

    Sorğu
       

    Bir mərhələ
    İki mərhələ
    Pley-off
    Qrup mərhələsi
    Daha yüksək yerlər
    Oyunlarımızdan asılıdır

     
     

     

    Ayın Ulduzu
     

    Reklam
     

    Dost saytlar
     

    Turnir Cədvəli
    1 Qarabağ 0 0 0 0 0-0 0
    2 Bakı 0 0 0 0 0-0 0
    3 Gəncə 0 0 0 0 0-0 0
    4 İnter 0 0 0 0 0-0 0
    5 MOİK 0 0 0 0 0-0 0
    6 Muğan 0 0 0 0 0-0 0
    7 Neftçi 0 0 0 0 0-0 0
    8 AZAL 0 0 0 0 0-0 0
    9 Qəbələ 0 0 0 0 0-0 0
    10 Simurq 0 0 0 0 0-0 0
    11 Turan 0 0 0 0 0-0 0
    12 Xəzər L 0 0 0 0 0-0 0
     

    Online
    Hal-hazırda saytda:
    İstifadəçi: 0
    Tapılmadı.

    Axtarış robotları: 2
    GooglebotYandex

    Qonaq:3
    Cəmi: 5

    Sonuncu daxil olan:
    20 İstifadəçi:
    AAqdamli Admin
    AqdamliSulu Azerifan_Abid
    baltazar Baxa555
    beykin DIEQO
    del orno Fərid
    hasanlianar insan
    landa123 niderlandli
    nurlane17 qattuzo
    wislakrakow xosss
    Zaur zaurrustamov

    Admin | Redaktor | Jurnalist
     

    Təqvim, Saat
     

    Sayğac

    free counters
     

    Namaz Vaxtı
     

    Top 10 Xəbərçilər
    Zaur
    Xəbər Sayı: 107
     
     

    Xəbər Arxivi
    İyul 2010 (107)
    İyun 2010 (84)
    May 2010 (70)
    Aprel 2010 (61)
    Mart 2010 (80)
    Fevral 2010 (82)
     

    Bombadirlər




    ;







     

    Ayın Ulduzları


     

    Ən Çox Baxılanlar
    » “Qarabağ” Azərbaycanı UEFA-nın reytinqində ir ...
    » "Qafqaz aslanları" artıq Makedoniyadadır
    » "İmarət" fan-klubu İnterin oyununda
    » "Metallurq" - "Qarabağ": Emin İmaməliyevin qolu
    » “Ən pis halda Şimali İrlandiyadan sərfəli nətic ...
    » Rauf Əliyev: “Visla” klubunu da məğlub etmək is ...
    » Qurban Qurbanov: “Bu, məni çox narahat edir”
    » Andrey Rubin: “Visla” klubunu keçməyimiz realdır
    » "Qarabağ"-"Portadaun" oyunundan fotolar
    » ANDREY RUBİNS: “SÖZ VERİRƏM Kİ, "QARABAĞ" Ü ...
     

     
     
         
     
    Copyright © 2010 www.IMARETFC.com
    Sayta daxil edilən xəbərlərə və şərhlərə görə sayt administrasiyası məsuliyyət daşımır ! Məlumatlardan istifadə zamanı istinad mütləqdir!
     
         
     
     
    в верх