`Qarabağ`ımız uzun bir aradan sonra vahid lider olmaq üçün `Muğan`ı məğlub etməliydi. Heyətimizdə bir sıra itkilər olmasına baxmayaraq komandamız qələbə qazanacağına inanırdı. Baxmayaraqki, oyun başlar-başlamaz komandamız hesabda geriyə düşdü. Amma ruhumuzda olan əzmkarlıq bu dəfə də öz sözünü dedi. Emin İmaməliyev Vaqifin möhtəşəm ötürməsinə eyni gözəllikdə zərbə vurdu. İlk yarı bitməmiş hesabı öz xeyrimizə çevirdik. Ayxan Abbasovun 3-cü asistinə Vaqif başla nöqtəni qoydu.
Beləliklə, `Qarabağ`ımız `Muğan`ı 2:1 məğlub etməklə zirvəyə əyləşdi.
2009-cu il üçün Azərbaycan futbolunun ən mühüm qolu (VİDEO)
Video
Qol.Az saytı Rəşad Sadıqovun iyulun 23-də Norveçin «Rusenborq» klubuna qarşı keçirilən oyunun 44-cü dəqiqəsində vurduğu möhtəşəm qolu 2009-cu il üçün Azərbaycan futbolunun ən mühüm qolu seçib. Qeyd edək ki, bu oyun Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb. «Qarabağ» güclü rəqiblə Norveçdəki ilk oyunda heç-heçə (0:0) edib, təkrar qarşılaşmada isə Rəşadın qolu sayəsində 1:0 hesabı ilə qələbə qazanaraq sensasiyaya imza atıb. Həmin zəfərin daha bir özəlliyi isə bu olub ki, Ağdamı təmsil edən «Qarabağ» məhz bu rayonun işğalının 16-ci ildönümü günü – iyulun 23-də qələbə qazanaraq yüzminlərlə ağdamlı məcburi köçkünə böyük təskinlik bəxş edib.
Xocavənd - 08.02.1992 Xocalı- 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 07.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 23.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 30.10.1993